Ölənlərin dördü uşaqdır... Ölənlərin dördü uşaqdır...

Yük maşını evə girdi - 7 ölü...

Ölənlərin dördü uşaqdır...

Hindistanda mal-qara daşıyan yük maşını yolun kənarındakı evə girib. Nəticədə dördü uşaq olmaqla yeddi nəfər həlak olub.

“New Indian Express” xəbər verir ki, hadisə yüksək sürətlə hərəkət edən yük maşınının sürücüsünün müvazinətini itirməsi nəticəsində baş verib. Həmin vaxt onu polis maşını təqib edirmiş.

Hindistanda yolların pis vəziyyətdə olması və ehtiyatsızlıq səbəbindən tez-tez ağır qəzalar baş verir. Rəsmi statistikaya görə, hər gün ölkədə yol qəzaları nəticəsində 400 insan həlak olur.(AZƏRTAC)

AzNews.az