7 yaşlı əfqan "Messi" Talibanın qorxusundan Kabilə köçdü - guya Lionel Messi onlara pul verib

“Messidən pul aldığımız iddiası ilə Taliban təhdidi altındayıq”.

Əfqanıstanda geydiyi mavi ağ cızıqlı plastik torbadan hazırlanan Messi forması ilə iki il əvvəl məşhurlaşan Murtaza Ahmedi Talibana görə paytaxt Kabilə köçüb.

AzNews.az xəbər verir ki, “Barcelona”nın argentinalı ulduzu Lionel Messiyə olan sevgisi ilə tanınan 7 yaşlı əfqan Murtaza Ahmedi Talibanın təhdidinə görə evini tərk etmək məcburiyyətində qalıb.

Kiçik əfqan Messinin Kabilə köçməsi ilə həyat şəraiti daha da çətinləşərkən arxasınca düşən və onu izləyən Talibanın qorxusunu üstündən ata bilmir. Futbol eşqindən isə vaz keçmir. Balaca Messinin anası Şəfiqə Ahmedi Messidən pul aldıqları iddiası ilə Talibanın təhdidi altında olduqlarını deyib.

Anası oğlunu Taliban qorxusundan gündüz oynamağa, hətta məktəbə getməyə belə qoymadığını bildirib.

Əfqan Messi isə böyüyəndə futbolçu olmaq və yenidən Messini görmək istədiyini bildirib.

Pərvanə Ağazadə

AzNews.az

image description image description image description