Faciə həftənin 3-cü günü baş verib. Faciə həftənin 3-cü günü baş verib.

Qızını xilas etdi, özü boğularaq öldü

Faciə həftənin 3-cü günü baş verib.

Rusiyalı turist Tailandın Samui adasında qızını xilas edib, özü isə boğularaq həlak olub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Pattaya Now nəşri yayıb.

Faciə həftənin 3-cü günü baş verib. 4 nəfərdən ibarət rusiyalı ailə dənizə çimməyə gəlib. Çimərlikdə “çimmək qadağandır” yazısına baxmayaraq onlar çimmək qərarına gəliblər. Bu vaxt isə Cənubi-Çin dənizində başlayan tropik Rabuk qasırğası Siam körfəzinə tərəf gəlib və dalğa bir neçə metr yüksəkliyə qalxıb.

Sahildən 50 metr aralıda üzən qız dalğaların altında qalıb. Mənzərəni görən 58 yaşlı ata ona tərəf üzüb. Qızını sahilə çıxaran zaman isə dalğa onu yenidən suyun içinə təərf çəkib və kişinin başı daşa dəyərək huşunu itirib.

Xilasedicilər gələnədək o, dünyasını dəyişib.

Babək Göyüş

© AzNews.az