Şinzo Abe Rusiyaya niyə gedir?

Yaponiyanın Baş naziri Şinzo Abe yanvarda Rusiyaya baş tutacaq səfəri zamanı ərazi mübahisəsinin həllinə və sülh müqaviləsinin imzalanmasına çalışacağını bildirib.

Hökumətin başçısı bu barədə yanvarın 4-də təşkil olunan mətbuat konfransı zamanı bəyan edib.

“Rusiya Prezidenti Vladimir Putin ilə ötən il Sinqapurda baş tutan görüş zamanı biz şimal torpaqları məsələsini həll olunması və sülh müqaviləsinin imzalanması istiqamətində qətiyyət nümayiş etdirdik. Müharibənin qurtarmasında ötən 70 ildən çox bir müddət ərzində bu məsələyə nöqtə qoymaq və onu gələcək nəsillərə saxlamamaq barədə razılığa gəldik”, - deyə Baş nazir bildirib.

Şinzo Abe əlavə edib ki, vəziyyət imkan verəcəyi təqdirdə, o, cari ayın ikinci yarısında Rusiyaya səfər edərək, sülh müqaviləsi üzrə danışıqları irəlilətməyə çalışacaq.(AZƏRTAC)

© AzNews.az