Argentinanın paytaxtı Buenos-Ayresdə yerli sakinlər təbii qaz, elektrik və nəqliyyata tətbiq ediləcək qiymət artımına etiraz ediblər. Argentinanın paytaxtı Buenos-Ayresdə yerli sakinlər təbii qaz, elektrik və nəqliyyata tətbiq ediləcək qiymət artımına etiraz ediblər.

Argentinada xalq küçələrə axışdı - FOTO

Argentinanın paytaxtı Buenos-Ayresdə yerli sakinlər təbii qaz, elektrik və nəqliyyata tətbiq ediləcək qiymət artımına etiraz ediblər.

“Ölkə.Az” xəbər verir ki, axşam saatlarında xalq küçələrə axışıb və 55 faizlik artıma etiraz edib.

Etirazçılar şəhərin 11 fərqli nöqtəsində toplaşıblar. Sakinlər prezident və onun siyasətinə etiraz edərək şüarlar səsləndiriblər.
“Burada qiymət artımına etiraz edirik. Xidmətlərin bir hissəsini dövlət ödəyirdi. Bu formada ölkə sərvətini bərabər paylaşırdı. Amma bu xidmətləri indi özəl şirkətlər verir və dövlət yardımları da kəsilib”, - deyə açıqlama verilib.

Nümayişçilər qeyd ediblər ki, prezident hökumətin əvvəlcədən verdiyi sözlərə əməl etmir.

AzNews.az

image description image description