Honkonq hava limanında Səudiyyə Ərəbistanı diplomatları tərəfindən zorla saxlanılan bu ölkənin vətəndaşı Rahat Məhəmməd al Qanunu BMT-dən sığınma tələb edib. Honkonq hava limanında Səudiyyə Ərəbistanı diplomatları tərəfindən zorla saxlanılan bu ölkənin vətəndaşı Rahat Məhəmməd al Qanunu BMT-dən sığınma tələb edib.

Ərəblər Honkonqda gənc qızı həbs etdilər

Honkonq hava limanında Səudiyyə Ərəbistanı diplomatları tərəfindən zorla saxlanılan bu ölkənin vətəndaşı Rahat Məhəmməd al Qanunu BMT-dən sığınma tələb edib.

Qanuni Honkonq hava limanında Səudiyyə diplomatları tərəfindən saxlanılıb.

Gənc xanım deyib ki, onun Səudiyyə Ərəbistanı vətəndaşlığını təsdiq edən pasportunu əlindən alıblar:

“Məni xəstə və huşsuz olmaqda günahkar bilirlər”.

Psixi və əqli sağlamlığının yerində olduğunu ifadə edən gənc qız əlavə edib ki, ciddi bir təhlükə ilə üzləşib.

Tailand hökumətinin ona siyasi oturum mövzusunda heç bir dəstək vermədiyini bildirən Səudiyyə vətəndaşı BMT-dən üçüncü ölkəyə göndərilməsini istəyib.

Səudiyyənin Honkonqdakı səfiri Şuyabi isə bildirib ki, vətəndaşları olan gənc qızın otel sifariş etməyib, geri dönmək üçün bileti olmayıb. Səfir əlavə edib ki, məhz bu səbəbdən də hava limanı rəsmiləri tərəfindən gənc xanım saxlanılıb:

“Səfirlik tərəfindən onun pasportunun müsadirə edilməsi faktı olmayıb”.(teleqraf.com)

© AzNews.az