ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər. ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.

Trampla Kim Çen In Vyetnamda görüşə bilər

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.

Bu barədə TASS xəbər verir.

İki ölkənin nümayəndələrinin Hanoydakı görüşdə mümkün sammitin vaxtını müzakirə etdiyi bildirilir.

Qeyd olunur ki, ABŞ tərəfi iki liderin görüşünün mümkün məkanı kimi İndoneziya, Monqolustan, Havay adalarını, eləcə də Şimali və Cənubi Koreyanın sərhədindəki Pxanmuncom sərhəd məntəqəsini nəzərdən keçirir.

Daha əvvəl D.Tramp Kim Çen In ilə yeni görüşü gözlədiyini bildirib.

ABŞ dövlət katibi Maykl Pompeonun sözlərinə görə, bu görüş 2019-cu ilin əvvəlində baş tuta bilər.(report.az)

© AzNews.az