Türkiyənin işğalından qorxan kürdlər Əsədə yönəldi - Times-ın iddiası

“Türkiyənin kürdləri hədəf aldığı iddiası məntiqsizdir”

İngiltərənin “Times” qəzeti bu günki nəşrində Suriyada baş verən son hadisələrdən yazıb.

AzNews.az xəbər verir ki, həmin yazı qəzetin Orta Şərq müxbiri Riçard Spenserin imzasını daşıyır.

Xəbər ABŞ prezidenti Donald Trampın Beynəlxalq Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə Ağ Evin sahibinin son açıqlamaları ilə başlayır.

Bolton amerikalı əsgərlərin Türkiyədən bəzi qarantiyalar almadan çəkilməyəcəyini deyib. Tramp isə əsgərlərin Suriyadan çəkilməsi ilə bağlı suala “Bu müddət sürətlə irəliləyir” deyə cavab verib.

“Times”dakı xəbərdə YPG-nin Qərbin dəstəyi ilə İŞİD-i təmizlədikdən sonra Suriyanın şərqində muxtar bölgə yaratdığını bildirib. NATO müttəfiqi Türkiyənin isə sərhədlərində “PKK dövləti” yaradılmasını dayandırmaqla bağlı söz verdiyi xatırladılır:

“YPG liderləri ABŞ-ın çəkiləcəyi təqdirdə kürd bölgələrini türk hücumundan qorumaq üçün rejimlə razılaşmaqdan başqa yollarının olmadığını deyir. Türk ordusu Ankaranın müttəfiqi olan qruplardan yaradılan Azad Suriya Ordusu ilə birlikdə YPG-ni Suriyanın şimal-qərbində yerləşən Afrindən çıxardıb.

Suriyalı jurnalistlər şənbə günü YPG komandiri Sipan Hemonun Dəməşq, Moskva və Rusiyanın Suriyanın şimal-qərbində yerləşən Hmeymim bazası arasında gedib gəldiklərini yazıb. Xəbərlərə görə Hemo kürd bölgəsi olan Rojavanın muxtariyyəti üçün qarantiya verilməsinin qarşılığında sərhəd qapılarının nəzarətini onlara verməyi təklif edib.

Bazarlıqlar zamanı rejimi təmsil edən Suriya prezidenti Bəşər Əsədin Beynəlxalq Təhlükəsizlik Bürosunun rəhbəri Ali Memlük və müdafiə naziri general Ali Abdullah Eyübün təklifi qəbul edib-etmədikləri isə hələlik bilinmir. Suriya tərəfinin kürdlərə bir dərəcəyə qədər müstəqillik verməyi qəbul etmək məcburiyyətində olduğu deyilir.

Ancaq rəsmi Dəməşq muxtar ərazisinin 1.ci körfəz müharibəsindən sonra İraqdakı Kürdüstan Muxtar Hakimiyyəti modelinə bənzəməyini istəmir.

Rus hərbi məsləhətçilərinin də iştirak etdiyi görüşlərdə Moskvanın hər hansı bir anlaşmanın zəmanətçisi olduğu gündəmdədir.

“Times”dakı xəbərdə bu gün Türkiyəyə səfər edəcək Con Boltonun bu sözlərinə də yer verilib:

“Türklərin ABŞ ilə tam razılığa gəlmədən hərbi hərəkata əl atacaqlarını düşünmürük”.

Boltonun “ABŞ əsgərləri Suriyanın şimalındakı kürdləri qorumaq üçün bir razılaşma əldə olunmadan çəkilməyəcək” sözlərinə Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın reaksiya verib.

Kalın yazılı açıqlamasında “Türkiyənin kürdləri hədəf aldığı iddiası məntiqsizdir” deyib.

Pərvanə Ağazadə

AzNews.az