Fox News telekanalının 26 yaşlı siyasi şərhçisi öldü - H1N1 virusu

Bre Payton 2011-ci ildə “peyvəndlər iblisdir” demişdi.

ABŞ-da peyvəndə qarşı olan və Fox News telekanalında mühafizəkar siyasi şərhləri ilə tanınan 26 yaşlı Bre Payton keçən həftə H1N1 virusu və meningit səbəbi ilə həyatını itirib.

AzNews.az xarici metbuata istinadən xəbər verir ki, cümə axşamı bir dostu tərəfindən evində halsız halda tapılan Paytonun həmin gün aparıldığı xəstəxanada həyatını itirdiyi açıqlanıb.

Bre Payton 2011-ci ildə verdiyi bir şərhdə peyvəndə qarşı olduğunu elan edərək “peyvəndlər iblisdir” demişdi.

Paytonun ölümünün ardından sosial media istifadəçiləri "peyvənd olsaydı, gənc yaşlı jurnalist ölümdən qaça bilərdi" kimi şərhlər bildirib.

Səidə Nurməmmədli

AzNews.az