Qəzada jurnalistin həyat yoldaşı ağır zədələnib, 1 yaşlı uşağı isə yüngül zədə alıb. Qəzada jurnalistin həyat yoldaşı ağır zədələnib, 1 yaşlı uşağı isə yüngül zədə alıb.

Ukraynalı jurnalist anası ilə birgə qəzada həlak oldu - Polşada

Qəzada jurnalistin həyat yoldaşı ağır zədələnib, 1 yaşlı uşağı isə yüngül zədə alıb.

Polşada ölümlə nəticələnən yol qəzası baş verib. Qəzada 37 yaşlı ukraynalı jurnalist Roman Kisil 60 yaşlı anası ilə birgə həlak olub. Bu haqda informasiyanı Ukrinform agentliyi yayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə dünən İlka şəhəri yaxınlığında qeydə alınıb.

Qəzada jurnalistin həyat yoldaşı ağır zədələnərək Radom xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Avtomobildə olan 1 yaşlı uşağın vəziyyəti isə qənaətbəxş hesab edilir.

Roman Kisil Radom şəhərinə öz avtomobilində Ukraynanın Polşadakı səfirliyinin konsul şəbəsinin rəhbəri kimi yollanıbmış.

İlkin versiyaya görə, jurnalistin idarə etdiyi Toyota markalı avtomobil İveco yük maşını ilə üzbəüz gələrək toqquşub. Yük maşınının sürücüsü zədə almayıb.

Roman bir vaxtlar Ukraynanın UNİAN informasiya agentliyinin müxbiri vəzifəsində çalışıb.

Babək Göyüş

AzNews.az