Yaponiya sahillərində KXDR qayığı saxlanıldı

Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edilən 15 metrlik qayıqda olan iki balıqçını saxlayıblar.

TASS xəbər verir ki, gəmi Honsyu adasının Aomori prefekturasının Fukaura şəhəri sahilindən 1,5 km məsafədə aşkar edilib.

Bildirilir ki, şxun Yaponiyanın sahil mühafizə gəmisi tərəfindən yedəyə alınıb.

Balıqçıların öz ölkələrinə qayıtmaq istədikləri bildirilir. Hazırda onların deportasiya edilməsi məsələsinə baxılır.

Daha əvvəl İtaliyaya məxsus "Grande Tema" yük gəmisi miqrantlar tərəfindən ələ keçirilib.(report.az)

AzNews.az