- Dünyanın halı
- 13 Yanvar 2019 22:24
- 1 711
Misirdə fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadıldı

Fövqəladə vəziyyət iki kilsədə törədilən terror aktlarından sonra tətbiq edilib.
Misirin Nümayəndələr Palatası (parlament) bazar günü ardıcıl 6-cı dəfə prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyətinin daha 3 ay müddətinə uzadılması barədə fərmanını təsdiq edib.
Bu barədə "Al Youm As Sabi" portalı məlumat yayıb.
Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində kamikadzelər tərəfindən ölkənin Tanta və İskəndəriyyə şəhərlərində yerləşən iki kilsədə törədilən terror aktlarından sonra tətbiq edilib. Həmin zaman 45 nəfər həyatını itirmiş, 120-dən çox insan isə yaralanmışdı. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.
AzNews.az