Belarus Avropa Birliyinin Minskə qarşı sanksiyaları tam ləğv edəcəyinə ümid edir. Belarus Avropa Birliyinin Minskə qarşı sanksiyaları tam ləğv edəcəyinə ümid edir.

Belarusdan Avropaya sanksiya çağırışı

Belarus Avropa Birliyinin Minskə qarşı sanksiyaları tam ləğv edəcəyinə ümid edir.

Bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər naziri Vladimir Makey deyib.

“Bu ilin fevralında AB-nin Belarusa qarşı sanksiyalarına yenidən baxılacaq. Ümid edirik ki, əvvəl-axır bu keçmişin qalıqları ortadan qalxacaq və gündəmdən düşəcək. Heç kim inkar etmir ki, hər ölkədə hansısa problemlər var, amma bu onun şantaj və təzyiq yoluyla həll edilməsinə imkan yaratmır”, – deyə o bildirib.(axar.az)

© AzNews.az