“Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var". “Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var".

Deputatlar geyiminə görə onu tənqid edib qovdular: "Bura bazardır?" - VİDEO

“Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var".

Qırğızıstan parlamentində xarici görünüşü ilə diqqət çəkən agentlik məmuru deputatların tənqidi ilə üzləşib.

İlkin peşə təhsili agentliyinin əməkdaşı Talantbek Tınısov “Joqorku Keneş”ə (Qırğızıstanın Milli Məclisi) adi kofta və pencəkdə gəlib. Bunu görən spiker Mirlan Bakirov “Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var. Bu nə deməkdir? Aparat hara baxır? Bura bazardır?”, - deyə əsəbiləşib.

Tınısov isə əynindəkinin cemper olduğunu və rəhbərlik xəstələndiyi üçün onu əvəz etdiyini bildirib. Bununla belə agentlik əməkdaşını siyahıda adı olmadığını əsas gətirərək məclisdən qovublar. (qafqazinfo)

AzNews.az