172 nəfərə tibbi yardım göstərilib. 172 nəfərə tibbi yardım göstərilib.

Zimbabvedə etirazlar zamanı 68 nəfər güllələndi

172 nəfərə tibbi yardım göstərilib.

Zimbabvedə benzin və dizel yanacağının qiymətinin iki dəfədən çox artmasına qarşı keçirilən etirazlar zamanı azı 68 nəfər güllə yarası alıb.

Bu barədə TASS xəbər verir.

Məlumatlara görə, 17 yaralıya təcili operativ müdaxilə olub. Həkimlərin sözlərinə görə, etirazların başlamasından bəri özəl və dövlət xəstəxanalarında 172 nəfərə tibbi yardım göstərilib.

Xatırladaq ki, yanvarın 12-də Zimbabve Prezidenti Emmerson Mnanqaqva benzin və dizel yanacağı qiymətlərinin iki dəfədən çox artırıldığını elan edib və bu, vətəndaşlar arasında narazılığın yaranmasına səbəb olub.

Yanvarın 14-də nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında yaranan toqquşmalar nəticəsində 3 nəfər, o cümlədən 1 polis məmuru ölüb. Ölkədə "Facebook", "Twitter" sosial şəbəkələri və "WhatsApp" messenceri işləməməyə başlayıb, eləcə də bir sıra müəssisələr və məktəblər bağlanıb.

E.Mnanqaqva Zimbabvedəki iqtisadi böhranı aradan qaldırmaq və ivestisiya cəlb etmək məqsədi ilə yanvarın 14-də Rusiyaya üçgünlük rəsmi səfərə gedib.(report.az)

© AzNews.az