O, Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmaqda günahlandırılır. O, Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmaqda günahlandırılır.

Rusiyadan deportasiya edilən ukraynalı jurnalist həbs edildi

O, Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmaqda günahlandırılır.

Rusiyadan deportasiya edilən ukraynalı jurnalist Yelena Boyko məhkəmənin qərarı ilə 2 aylıq həbs edilərək Lvov şəhərində təcridxanaya göndərilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin Lvov vilayəti üzrə idarəsinin Facebook səhifəsində yayılıb:

"Ukrayna əleyhinə təbliğat aparan Yelena Boyko haqqında 60 günlük həbs qərarı çıxıb".

Xatırladaq ki, ukraynalı jurnalist Yelena Vişur (Boyko) yanvarın 16-da Rusiyadan Ukraynaya deportasiya edilib. Ona həm də Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşadığına görə cərimə kəsilib.

Ukrayna Təhlükəsizlik Xidməti jurnalisti Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmaqda günahlandırır.

Boyko Rusiya televiziyalarında yayımlanan tok-şoularda Ukrayna hakimiyyətini kəskin tənqid edirmiş.

Jurnalist həbs edilməsi olayının sifariş xarakterli olduğunu deyib.

Babək Göyüş

AzNews.az