Ərdoğan telefonda Trampla nədən danışıb? - Ağ Evdən açıqlama

Ərdoğan hücum zamanı ölən Amerika əsgərləri üçün başsağlığı verib.

Ağ Ev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın telefon danışığında müzakirə olunan mövzularla bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin sözçüsü Sarah Sanders yayıb.

Ərdoğanın Trampa Münbiçdəki hücum zamanı ölən Amerika əsgərləri üçün başsağlığı verdiyi bildirilən açıqlamada bu ifadələrə yer verilib:

"Prezident Tramp Suriyada terrorun kökünün kəsilmədiyini vurğuladı. İki lider Suriyanın şimal-şərqi üçün qarşılıqlı təhlükəsizliklə bağlı narahatçılıqlarını aradan qaldıracaq həll yolunun axtarışına davam edəcəyi barədə razılaşdı. Onlar, həmçinin ABŞ ilə Türkiyə arasındakı ticarət əlaqələrinin genişləndirilməsinin iki ölkənin də xeyrinə olduğundan danışıb".

Pərvanə Ağazadə

AzNews.az