Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib. Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Kerç boğazında iki gəmidə yanğın: 9 nəfər öldü - YENİLƏNİB

Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Kerç boğazı ərazisində iki gəmidə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.

Bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

"14 sağ, 9 ölü (sudan çıxarılıb. – RT)", - deyə idarədən bildirilib.

***21:15

Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Rusiya qurumlarından verilən məlumata görə, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.

Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir. (report)

AzNews.az