Braziliya hökuməti dövlət şirkətlərinin əksəriyyətini özəlləşdirməyi nəzərdə tutur. Braziliya hökuməti dövlət şirkətlərinin əksəriyyətini özəlləşdirməyi nəzərdə tutur.

Braziliyada dövlət şirkətləri özəlləşdiriləcək

Braziliya hökuməti dövlət şirkətlərinin əksəriyyətini özəlləşdirməyi nəzərdə tutur.

Bu barədə Dünya İqtisadi Forumunda ölkə iqtisadiyyatını liberallaşdıracaqları barədə geniş nitq söyləyən Prezident Jair Bolsonaro “Bloomberg”ə bildirib.

Özəlləşdirmə planı üzərində işlərin tamamlanmaq üzrə olduğunu diqqətə çatdıran dövlət başçısı hava və dəniz limanlarının da satılacağını qeyd edib: “Gəlir gətirməyən dövlət şirkətləri satılmalıdır”.(report.az)

© AzNews.az