"Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. "Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik.

OPEC neft qiymətlərinin aşağı düşməsinə imkan verməyəcək

"Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik.

Buna görə də 2019-cu ilin hamımız - OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq".

"Reprot" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, ehtimal az olsa da, təşkilata üzvlüyə qoşulmaq istəyən ölkələrin olacağı da istisna deyil.

M.Barkindo son bir neçə il ərzində Qabonun yenidən OPEC-ə daxil olduğunu, Ekvatorial Qvineya və Konqonun da təşkilata qoşulduğunu xatırladıb.