Məşhur müğənni prezident olmaqdan imtina etdi - VİDEO

"Mən çalışacam ki, hakimiyyətə peşəkar gənclər gəlsinlər".

"Okean Elzi" qrupunun solisti Svyatoslav Vakarçuk Ukraynada 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina edib.

AzNews.az Ukrayna mətbuatına xəbər verir ki, o, bu barədə Youtube kanalında video paylaşıb.

Vakarçuk deyib ki, onu hakimiyyət və prezident postu maraqlandırmır: "Cins geyinməklə ölkəmə daha çox fayda verə bilərəm, nəinki qalstukda".

Onun sözlərinə görə, o, hər gün ölkəni korlayan korrupsiya və haqsızlıqlara görə məyus olan insanlarla ünsiyyət saxlayır:

"Siyasətçilərin prinsipsizliyi və məmurların acgözlüyü bizim ölkəmizi zəiflədir. Avropa güclərinin qalib gəlməyi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çalışacam ki, hakimiyyətə peşəkar gənclər gələ bilsinlər".

Xatırladaq ki, Vakarçuk 2013-2014-cü illərdə Kiyev Maydanının aktiv iştirakçılarından idi.

Fəridə Abdulla

AzNews.az