Qovulan məmurlar korrupsiyada ittiham olunub. Qovulan məmurlar korrupsiyada ittiham olunub.

Səudiyyə Ərəbistanında 126 məmur işdən qovuldu

Qovulan məmurlar korrupsiyada ittiham olunub.

Səudiyyə Ərəbistanının Bələdiyyələrlə İş üzrə Nazirliyi korrupsiyada ittiham olunan 126 məmuru işdən qovub.

Bu idarənin Ər-Riyad, Ciddə və daha 13 şəhərdəki bölmələrindən olan məmurlar işdən qovulub.

Xatırladaq ki, son illərdə Səudiyyə Ərəbistanında korrupsiyanın kökünü kəsmək və maliyyə vəsaitlərinin dövlət xəzinəsinə qaytarılması məqsədilə Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə genişmiqyaslı antikorrupsiya kampaniyası həyata keçirilir.(AZƏRTAC)

© AzNews.az