İtaliyada son 3 ay ərzində qripdən ölənlərin sayı açıqlandı

Xəstəlikdən ölənlərin və ağır yoluxma hallarının böyük əksəriyyətini 50 yaşdan yuxarı şəxslər təşkil edib.

İtaliyada son 3 ay ərzində qripdən 39 nəfər ölüb.

Bu barədə ölkənin Milli Səhiyyə Təşkilatının hesabatında deyilir.

Bu müddət ərzində 191 ağır qripə yoluxma halı da qeydə alınıb.

Hesabata əsasən, xətəlikdən ölənlərin və ağır yoluxma hallarının böyük əksəriyyətini 50 yaşdan yuxarı şəxslər təşkil edib.

Ümumilikdə ölkə ərazisində 3,6 milyon sakinin bu və ya digər formada qripə yoluxduğu deyilir. (trend)

AzNews.az