- Dünyanın halı
- 1 Mart 2019 17:37
- 1 276
Qızılcaya yoluxmanın daha çox yayıldığı ölkələr - Siyahı
YUNİSEF qızılcaya yoluxma tempinə həsr olunmuş hesabat dərc edib.
Qızılca xəstəliyinə yoluxma hallarında ən böyük artım 2017-ci ildən 2018-ci ilə qədər Ukrayna, Filippin və Braziliyada müşahidə olunub.
Belə ki, Ukraynada 2018-ci ildə qızılcaya yoluxma üzrə 35120 hal qeydə alınıb. Hökumətin məlumatına görə, 24042 nəfər isə təkcə 2019-cu ilin ilk iki ayında yoluxub.
Həmçinin qeyd olunur ki, 2018-ci ildə Filippində 15599, 2019-cu ildə isə 12736 yoluxma halı qeydə alınıb.
YUNİSEF dünyada qızılcaya yoluxma hallarının narahatlıq yaradacaq qədər yüksək səviyyəyə sürətlə artmaqda olduğunu bəyan edir. Məlumatda yoluxma hallarının 74%-dən çoxunun 10 ölkənin - Ukrayna, Filippin, Braziliya, Yəmən, Venesuela, Serbiya, Madaqaskar, Sudan, Tayland və Fransanın payına düşdüyü vurğulanır.
Qeyd edək ki, Azərbaycanda da qızılca xəstəliyi ilə mübarizə üzrə tədbirlər həyata keçirilir.(report.az)
AzNews.az