- Dünyanın halı
- 5 Mart 2019 08:33
- 2 341
Pentaqondan təhdidvari Türkiyə açıqlaması

"Bu barədə açıq bir dialoq aparırıq".
ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi tvitter səhifəsinin örtük şəkli müzakirələrə səbəb olub.
AzNews.az xəbər verir ki, örtük şəklində ABŞ-ın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Cozef Dunford, müdafiə nazirinin vəkili Patrik Şanahanla Türkiyənin milli müdafiə naziri Hulusi Akar və baş qərargah rəisi Yaşar Gülərin birlikdə olduğu fotodan istifadə olunub.
Foto 22 fevral tarixində baş tutan səfərdə çəkilib. Bu səfərdə həmkarlar Suriyanı, terrorla mübarizəni, "Patriot" raketlərini və iki ölkə arasındakı iş birliyini müzakirə ediblər.
Həmin şəkildən sonra Pentaqon təhdidvari S-400 açıqlaması verib.
Pentaqonun sözçüsü Erik Pahon verdiyi açıqlamada Rusiyadan S-400 raket müdafiə sistemlərini almağın Vaşinqtonla Ankara arasındakı iş biriyi üçün ciddi nəticələri olacağı barədə Ağ Evin Türkiyəyə xəbərdarlıq etdiyini bildirib.
"Türkiyənin hava müdafiə sistemini gücləndirmək arzusunu bilirik, ancaq Türkiyənin rus istehsalı olan S-400 sistemlərini almağı ABŞ-la Türkiyənin iş birliyinə ciddi təsir edəcək. Müdafiə ehtiyaclarının təmin olunması üçün daha uyğun alternativlər tapmasına kömək etmək üçün çalışırıq, amma bununla birlikdə Rusiyadan S-400 almasının ciddi nəticələri olacağı barədə xəbərdarlıq da edirik. Bu barədə açıq bir dialoq aparırıq". Pahon belə deyib.
Pərvanə Ağazadə
AzNews.az