Bu barədə BelTA dövlət agentliyinə istinadla xəbər verir. Bu barədə BelTA dövlət agentliyinə istinadla xəbər verir.

“NATO-ya düşmən kimi baxmamalıyıq” - Lukaşenko

Bu barədə BelTA dövlət agentliyinə istinadla xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko NATO ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağın tərəfdarıdır.

Bu barədə BelTA dövlət agentliyinə istinadla xəbər verir.

“Belarusla sərhəddə yerləşən üç ölkə Şimali Atlantika Alyansının üzvüdür. Ukrayna da cidd-cəhdlə oraya can atır. Bu müəyyən çağırış və konfrontasiya üçün münbit şəraitdir”, - deyə Lukaşenko martın 5-də inteqrasiya strukturlarında iştirak və Avropa təşkilatları ilə əməkdaşlıq məsələləri üzrə iclasda bildirib.

Bununla yanaşı, dövlət başçısı nə Belarusa, nə də qonşularına yeni bölücü xətlərin lazım olmadığını deyib.

“Bunun üçün NATO ilə yekun nəticədə ölkəmizin təhlükəsizliyini möhkəmləndirəcək qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmalıyıq. Biz onlarla danışmalı və NATO üzvü olan ölkələrə düşmənlərimiz kimi baxmamalıyıq”, - deyə Aleksandr Lukaşenko vurğulayıb.(AZƏRTAC)

AzNews.az