- Dünyanın halı
- 6 Mart 2019 14:43
- 2 229
Türkiyə Avropa Birliyi üçün vacib ticari ortaqdır - Səfir

Avropa Birliyi və Türkiyə arasındakı dostluq davam edəcək.
“Türkiyə Avropa Birliyi üçün vacib ticari ortaqdır və ixracının 50%-dən çoxu Avropaya göndərilir”.
AzNews.az xəbər verir ki, bu sözləri Anadolu agentliyinin müxbirinə açıqlama verərkən Avropa Birliyinin Türkiyədəki nümayəndə heyətinin rəhbəri, səfir Kristian Berger deyib.
O, Türkiyənin AB, AB-nin də Türkiyə üçün xüsusi önəm daşıdığını bildirib.
“67%-dən çox birbaşa investisiya Avropadan Türkiyəyə gedir. Türk istehsalçılar istehsal və tədarük zəncirinin vacib hissəsidir və bu da çox önəmlidir. Avropa bazarı qlobal bazara açılan qapıdır. Avropa Birliyi və Türkiyə arasındakı dostluq isə davam edəcək. AB Türkiyəni qaçqınlar mövzusunda təqdir edir. Türkiyə suriyalılara ev sahibliyi edir. Onlara məktəb, xəstəxana kimi bir çox xidmət göstərir. 2016-cı ildə qaçqınlara və ev sahibliyi edənlərə biz də maddi dəstək verdik”. Berger belə deyib.
Pərvanə Ağazadə
AzNews.az