Trampın Qolan təpələri ilə bağlı qərarına sərt mövqe göstərilib. Trampın Qolan təpələri ilə bağlı qərarına sərt mövqe göstərilib.

Ər-Riyad da Trampa qarşı çıxdı

Trampın Qolan təpələri ilə bağlı qərarına sərt mövqe göstərilib.

ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı qərarına 4 Körfəz ölkəsi sərt mövqe sərgiləyib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Küveyt Trampın qərarını tanımadıqlarını bəyan edib.

Ər-Riyaddan verilən açıqlamada sözügedən qərarın Yaxın Şərqdə sülhə və bölgədəki sabitliyə mənfi təsir göstərəcəyi bilirilib. Öz növbəsində Küveyt, Bəhreyn və Qətər də Qolan təpələrinin işğalına son verilməsi üçün beynəlxalq qurumlara çağırış edib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp 1967-ci ildə İsrailin işğal etdiyi Qolan yüksəkliyini İsrailin ərazisi kimi tanımaqla bağlı qərarı imzalayıb. (Axar.az)