- Dünyanın halı
- 27 Mart 2019 18:32
- 2 946
Hindistanda müsəlman ailəyə hücum: xəsarət alanlar var
Xəsarət alanlar arasında iki yaşlı körpə və qadın da var.
Hindistanın şimalında müsəlman ailənin evinə hücum edilib.
İnsident Xaryan ştatının Quruqram şəhərində hindlilərin Holi bayramı zamanı baş verib.
20-25 nəfər hindlidən ibarət olan qrup 12 nəfərdən ibarət olan müsəlman ailəsini taxtalarla və dəmir çubuqlarla döyüb. Xəsarət alanlar arasında iki yaşlı körpə və qadın da var.
Bildirilir ki, tərəflər arasında mübahisə kriket oyunundan sonra yaranıb. Hindlilər müsəlman ailəsindən Pakistana getməsini tələb edib.
Hind KİV-nin məlumatına əsasən, hücum radikal sağçı qrup tərəfindən həyata keçirilib. (ona.az)
AzNews.az