- Dünyanın halı
- 28 Mart 2019 20:19
- 2 115
Banqladeşdə binada yanğın: 19 nəfər ölüb, 70 yaralı var

Hərbi helikopterlərin də istifadə olduğu xilasetmə və söndürmə əməliyyatları davam edir.
Banqladeşin paytaxtı Dəkkə şəhərinin Atatürk prospektində yerləşən “FR Tower” ofis binasında baş verən yanğın nəticəsində azı 19 nəfər ölüb, 70 nəfər xəsarət alıb.
Ölənlər arasında Şri-Lanka vətəndaşlarının da olduğu bildirilir.
Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, bu gün günörta saatlarında başlayan yanğının söndürülməsinə 21 briqada cəlb olunub. Hərbi helikopterlərin də istifadə olduğu xilasetmə və söndürmə əməliyyatları davam edir.
Qeyd edək ki, dünyanın ən çox (20 milyonadək) əhalisi olan və ən sıx məskunlaşan şəhərlərdən olan Dəkkədə ötən ay baş verən oxşar hadisə zamanı da 78 nəfər ölmüşdü. (report)
AzNews.az