- Dünyanın halı
- 2 Aprel 2019 13:50
- 1 703
Dünya əhalisinin sayı açıqlandı
![](https://www.aznews.az/storage/2019/04/02/b0d8e0c7-4bbb-4886-bb00-477ef043af63.jpg)
Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyard nəfərə çatıb.
Bu, BMT Baş katibinin hesabatında göstərilib.
Bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq.
Hazırda Avropada yaş 65 və yuxarı olan ümumi əhalinin 19 faizini təşkil edir. Bu rəqəm Şimali Amerikada 16 faizdir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28 faiz və 23 faiz təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8 faizdən 18 faizədək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək.
Əhalinin uzunömürlülüyü 1994-cü ildə 64,9 yaş olub. 2019-cu ildə 72,3 yaş olacağı, 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır.(report.az)
AzNews.az