Qərar Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə çıxarılıb. Qərar Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə çıxarılıb.

Ukraynadan Rusiyaya birbaşa uçuşlara qadağa qoyulub

Qərar Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə çıxarılıb.

Ukraynadan Rusiyaya birbaşa uçuşlara qadağa qoyulub.

TASS xəbər verir ki, qərar Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə çıxarılıb.

Buna səbəb Ukrayna prezidentliyinə namizədlərdən biri Yuriy Boykonun, habelə “Həyat uğrunda Müxalifət Platformu” partiyası siyasi şurasının sədri Viktor Medvedçukun Rusiyaya səfər etmələridir.

Daxili işlər naziri Arsen Avakov sözügedən şəxslərin Moskvaya təyyarə ilə səfərini Ukrayna qanunlarındakı boşluqdan sui-istifadə olaraq dəyərləndirib. O, Ukrayna ilə təcavüzkar ölkə arasında birbaşa uçuşların qarşısını almaq üçün Hava məkanından istifadə Əsasnaməsinə müvafiq dəyişikliklər təşəbbüsünü irəli sürdüklərini də vurğulayıb.

Nazir qadağanın ATƏT, BMT, Beynəlxaq Qırmızı Xaç Komitəsi (BQXK) kimi beynəlxalq təşkilatların missiyalarına şamil olunmayacağını da qeyd edib.(report.az)

AzNews.az