Yaponiyada yaşlı insanlar sürücülük vəsiqəsindən imtina etdilər

Bu barədə Yaponiya Baş Polis İdarəsi məlumat yayıb.

Yaponiyada 2018-ci ildə yaşlı sürücülərin günahı səbəbindən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə görə rekord sayda sakin könüllü olaraq sürücülük vəsiqəsindən imtina edib.

Bu barədə Yaponiya Baş Polis İdarəsi məlumat yayıb. Bildirilir ki, ötən il 75 yaşdan yuxarı 292 min 89 nəfər sürücülük vəsiqəsini geri qaytarıb. Bu, 2017-ci illə müqayisədə 38 min 152 nəfər çoxdur. Bunun sürücülük vəsiqələrinin könüllü qaytarılması ilə bağlı proqramın başladığı 1998-ci ildən bəri rekord göstərici olduğu da vurğulanır.

Əlavə olaraq qeyd edilir ki, 2018-ci ildə Yaponiyada 75 və daha yuxarı yaşlı insanların törətdiyi yol-nəqliyyat hadisələri nəticəsində 460 nəfər həlak olub.(AZƏRTAC)

AzNews.az