Yaponiyada yerli seçkilər keçirilir

Səslərin hesablanmasına axşam saat 20:00-da məntəqələr bağlandıqdan dərhal sonra başlanacaq.

Aprelin 7-də Yaponiyada qubernatorların, merlərin və yerli bələdiyyələrin üzvlərinin seçkiləri keçirilir.

Bu seçkilər ölkənin siyasi partiyalarına yayda parlamentin yuxarı palatasına keçiriləcək seçkilərdə mövqelərini möhkəmləndirmək imkanı qazandıracaq.

Seçki məntəqələri səhər saat 7-dən öz qapılarını seçicilərin üzünə açıb. Yaponiyanın Baş naziri Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya və onun koalisiya tərəfdaşı Komey Partiyası öz siyasi proqramlarının impulsunu saxlamaq məqsədilə böyük qələbə qazanacaqlarına ümid edirlər. Müxalifət partiyaları da seçkilərə hakim bloka cavab vermək üçün imkan kimi baxırlar.

Ölkənin regionları üçün əsas məsələ əhalinin sürətlə azaldığı bir vaxtda kənd rayonlarında xidmətin saxlanılmasıdır.

Bu seçkilər zamanı 11 prefektura qubernatoru, 6 böyük şəhərin meri, həmçinin 17 bələdiyyə assambleyası və 41 prefektura assambleyası üzvləri seçiləcək.

Səslərin hesablanmasına axşam saat 20:00-da məntəqələr bağlandıqdan dərhal sonra başlanacaq.(AZƏRTAC)

AzNews.az