- Dünyanın halı
- 7 Aprel 2019 23:09
- 1 872
Yunker Avropa İttifaqının bölünməsinə qarşı çıxdı

"Mən buna son qoyulması istiqamətində çalışıram"
Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa İttifaqının bölünməsinə qarşı çıxıb.
Bu barədə Yunker yerli radiolardan birinin efirindəki çıxışı zamanı bildirib.
O qeyd edib ki, indiki şəraitə ittifaqın qərb və şərq zonalarına bölünməsi qəbuledilməzdir: "Mən buna son qoyulması istiqamətində çalışıram." - sitatın sonu.
Bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron da "Brexit" prosesini Avropadakı böhranın rəmzi adlandırıb.
Bu arada, siyasi elmlər namizədi Anna Aryamova mövcud vəziyyəti şərh edərkən, krallığın ittifaqı tərk etmənin qurum daxilində ciddi siyasi böhrana səbəb olacağını bildirib. (report)
AzNews.az