"Hazırda partiyanın qurultayını keçirmək və namizəd irəli sürmək lazımdır" "Hazırda partiyanın qurultayını keçirmək və namizəd irəli sürmək lazımdır"

Nazarbayev seçkinin tezləşdirilməsi səbəbini açıqladı

"Hazırda partiyanın qurultayını keçirmək və namizəd irəli sürmək lazımdır"

Qasım-Jomart Tokayev özünün qanuni hüququndan istifadə edərək Qazaxıstanda növbədənkənar prezident seçkisinin keçirilməsi barədə fərman imzalayıb. Bu seçki ölkədə sabitliyin təmin olunması və hakimiyyətinin legitimliyinin möhkəmləndirilməsi üçün lazımdır.

Bunu Qazaxıstanın sabiq prezidenti, milli lideri-elbaşı, “Nur Otan” Partiyasının lideri Nursultan Nazarbayev deyib.

O qeyd edib ki, hazırda partiyanın qurultayını keçirmək və namizəd irəli sürmək lazımdır:

“Partiya aparatı qurultaya hazırlıqla bağlı bütün işləri operativ şəkildə həll etməlidir. Bundan sonra namizədin ictimai seçki qərargahını yaratmaq lazımdır. Bu işlə mənim birinci müavinim Maulen Aşimbayev məşğul olacaq”.

Qeyd edək ki, elbaşı bu fikirləri partiyanın mərkəzi aparatının struktur bölmələrinin rəhbərləri ilə keçirdiyi görüş zamanı deyib.

Qazaxıstanda növbədənkənar prezident seçkisi iyunun 9-da keçiriləcək.(teleqraf.com)

AzNews.az