Fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcək Fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcək

Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

Fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcək

Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib.

Hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir.

Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.

Bundan başqa, fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcəyi bildirilib.(trend.az)

AzNews.az