Rəsmi Moskva Sudanın yeni hökumətini tanıdığını elan edib Rəsmi Moskva Sudanın yeni hökumətini tanıdığını elan edib

Rusiya Sudanın yeni hökumətini tanıdı

Rəsmi Moskva Sudanın yeni hökumətini tanıdığını elan edib

“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.

Xatırladaq ki, 4 aydır Sudanda davam edən kütləvi nümayişlərdən sonra aprelin 11-də hərbi çevriliş olub. 30 ildir hakimiyyətdə olan prezident Ömər əl-Bəşiri istefa verib.

Prezidentin taleyi bugünə qədər naməlum qalıb. Onun ev həbsinə məhkum edildiyi haqda məlumat yayılıb.

Bundan başqa, prezidentin 100-ə yaxın adamı həbs olunub.(qafqazinfo.az)

AzNews.az