Şimali Makedoniyada prezident seçkiləri bitdi

Bu,Şimali Makedoniyada ölkənin adı dəyişdikdən sonra keçirilən ilk prezident seçkisidir.

Şimali Makedoniyada keçirilən prezident seçkiləri başa çatıb.

Səsvermə hüququ olan 1,8 milyon vətəndaşın 39,71%-i səs verib. Səsvermə 3 min 480 seçki məntəqəsində keçirilib. Daxili işlər naziri Oliver Spasovski seçkilərdə heç bir insidentin yaşanmadığını bildirib.

Qeyd edək ki, bu, Şimali Makedoniyada ölkənin adı dəyişdikdən sonra keçirilən ilk prezident seçkisidir. Prezidentlik uğrunda hakim Sosial-demokratlar İttifaqı Partiyasından Stevo Pendarovski, müxalif Daxili Makedon İnqilabçı Təşkilatı (VMRO) - Makedoniya Milli Demokratik Birliyi (DPMNE) ittifaqının namizədi Qordana Silyanovska Davkova, Albanlar Üçün İttifaq və BESA Hərəkatı ittifaqının alban əsilli namizədi Blerim Reka mübarizə aparır. (qafqazinfo)

AzNews.az