Poroşenko uduzduğunu etiraf edib. Poroşenko uduzduğunu etiraf edib.

Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəldi - Yenilənib

Poroşenko uduzduğunu etiraf edib.

Ukrayna prezidenti seçkilərində Vladimir Zelenski 73,03% səslə liderlik edir, Pyotr Poroşenko 24,64% səs toplayıb.

Bunu Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 65%-nin yoxlanılması nəticəsində bildirib.

MSK-nın qərarına görə, seçki bülletenlərinin 2,32% etibarsız sayılıb .

02:35

Ukrayna prezidenti seçkilərində Vladimir Zelenski 73,23% səslə liderlik edir, Pyotr Poroşenko 24,87% səs toplayıb.

Bunu Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 25%-nin yoxlanılması nəticəsində bildirib.

MSK-nın məlumatına görə, seçkilərdə əhalinin 62,07% iştirak edib.

23:33

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə dair ilk rəsmi nəticələri açıqlayıb.

Yekun protokolların 1% yoxlanıldıqdan sonra prezidentliyə namizəd Vladimir Zelenski 69,26% səs toplayıb, onun rəqibi Pyotr Poroşenko – 28,33%.

22:25

Pyotr Poroşenko Ukrayna prezident seçkilərində uduzduğunu etiraf edib.

O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək.

Poroşenkonun dediklərinə görə, o Ukraynanın NATO və Aİ yolunda atdığı addımlarını müdafiə edəcək.

Poroşenko həm də öz komandasını heç vaxt təslim olmamağa çağırıb.

21:43

Prezidentliyə namizəd Vladimir Zelenski 73,2% səs toplayıb, hazırkı prezident Pyotr Poroşenko isə - 25,3%.

UNİAN-a istinadən xəbər verilir ki, bu göstəricilər “Milli Exit-poll 2019” layihəsinin mətbuat konfransında açıqlanıb.

Digər sosioloji sorguların nəticələri də təxminən eynidi.

Qeyd edək ki, Ukrayna vaxtı ilə 20:00-da ölkə ərazisində bütün seçki məntəqələri işini tamamlayıb.

Ukrayna MSK-sı səslərin rəsmi hesablanmasına başlayıb. (ONA)