Kim Çen Nam VX zəhərli maddəsinin təsiri ilə ölüb Kim Çen Nam VX zəhərli maddəsinin təsiri ilə ölüb

Kim Çen Inın qardaşını öldürən qadından xəbər var

Kim Çen Nam VX zəhərli maddəsinin təsiri ilə ölüb

Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı olan qadın mayın 3-də azadlığa buraxılacaq.

“The Star” nəşri xəbər verir ki, bu barədə məhkumun vəkili bildirib. Onun sözlərinə görə, Doan Txi Xıonq günün birinci yarısında azadlığa buraxılacaq və axşam öz vətəninə yola düşəcək.

Qeyd edək ki, Malayziyanın Ali Məhkəməsi aprelin 1-də ittihamı dəyişərək şüurlu qətli sağlamlığa ölümlə nəticələnən xəsarətin yetirilməsi maddəsi ilə əvəz edib. Nəticədə həmin qadın 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkilin bildirdiyinə görə, onun həbsdə olduğu müddət də hesaba alınıb.

Bununla yanaşı, martda həmin qətl hadisəsində təqsirli bilinən 26 yaşlı İndoneziya vətəndaşı Siti Aysia gözlənilmədən ona qarşı irəli sürülən ittihamdan azad edilib və bu qadın həmin gün öz vətəninə yollanıb.

Məsələ burasındadır ki, prokurorlar əvvəlcə bu gənc qadınları qətlin hazırlanmasında təqsirli bilərək onlara ölüm cəzasının verilməsini tələb edirdilər. Vəkillər isə qızların əyləncə proqramı çəkilişlərində iştirak etdiklərini düşündüklərini və zəhərlənmə barədə məlumatsız olduqlarını bildirirdilər.

Xatırladaq ki, Kim Çen Nam 2017-ci il fevralın 13-də Kula Lumpur aeroportundan xəstəxanaya aparılarkən yolda keçinib. Polisin bildirdiyinə görə, o, naməlum şəxslərin üzünə sıçratdığı maye nəticəsində güclü başgicəllənmədən şikayət edirmiş. Malayziya hökumətinin bildirdiyinə görə, Kim Çen Nam VX zəhərli maddəsinin təsiri ilə ölüb.(AZƏRTAC)

AzNews.az