Əməliyyat Bermal rayonunda keçirilib. Əməliyyat Bermal rayonunda keçirilib.

Əfqanıstanda əməliyyatlar zamanı "Taliban"ın 19 üzvü məhv edildi

Əməliyyat Bermal rayonunda keçirilib.

Əfqanıstanın cənub-şərqindəki Paktika və Qazni əyalətlərində xüsusi təyinatlı qüvvələrin keçirdikləri əməliyyat və aviazərbələr nəticəsində “Taliban” silahlı qruplaşmanın azı 19 döyüşçüsü məhv edilib.

Bu barədə “Khaama Press” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

“Əfqanıstan xüsusi təyinatlılarının əməliyyatı Bermal rayonunda keçirilib. Nəticədə 15 “Taliban” silahlısı və çoxlu miqdarda silah-sursat məhv edilib”, - məlumatda belə deyilir.

Agentliyin məlumatına görə, Qazni əyalətində endirilən aviazərbələr zamanı isə daha dörd “Taliban”çı zərərsizləşdirilib. (ona.az)

AzNews.az