- Dünyanın halı
- 16 İyun 2019 18:34
- 2 254
Sudan problemi Ərəb Dövlətləri Liqasının diqqət mərkəzində

Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt Sudana səfər edib.
Səfər çərçivəsində ƏDL-ın baş katibi Xartumda müvəqqəti hərbi şuranın nümayəndələri və etiraz hərəkatının aparıcı qüvvəsi olan “Azadlıq və dəyişiklik” alyansının liderləri ilə görüşəcək. Onun əsas məqsədlərindən biri – keçid dövrünün hazırki vəziyyətini öyrənmək və gələcək hakimiyyət orqanlarının formalaşdırılmasında konsensusa gəlinməsi üçün tərəflərin mövqelərini yaxınlaşdırmaqdir.(AZƏRTAC)
AzNews.az