Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib

Partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.