"Bir şeyin dəyişdiyini, nəticələrə və faktlara görə söyləmək mümkündür" "Bir şeyin dəyişdiyini, nəticələrə və faktlara görə söyləmək mümkündür"

Putinlə söhbət etdi, nə olsun?

"Bir şeyin dəyişdiyini, nəticələrə və faktlara görə söyləmək mümkündür"

Zelenski və Putinin telefon danışığı ciddi nəticələrə əsas vermir. Hazırda Ukraynanın şərqində münaqişənin həllinin ölü nöqtədən keçdiyini söyləmək tezdir.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Ukraynanın “Obozrevatel” nəşrinə bu fikri səsləndirib.

Onun fikrincə, danışıqların gündəliyini genişləndirmək lazımdır, çünki "bütün tərəflərdə problemlər olduqca çoxdur və onlar çox aktualdır".

Zelenski və Putin danışıqlara tənqidlərlə başladı

"Bir şeyin dəyişdiyini, nəticələrə və faktlara görə söyləmək mümkündür. Zelenski telefonla Putinlə söhbət etdi. Nə olsun ki, söhbət etdilər. Onların real ünsiyyət qurduğunu, hansı tonallıqda razılığa gəldiklərini heç kim bilmir",- deyə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun müşaviri Yuri Biryukov bildirib.

Ukrayna prezidenti Zelenski və Rusiya prezidenti Putinin danışıqlarında əsas məsələ əsir düşən ukraynalı dənizçilərin azad edilməsi olub.

Bunu şərh edən Biryukov deyib: "Yalnız dənizçiləri deyil, əsirlikdə olan digər vətəndaşlarımızı da çıxarmaq lazımdır. İndi bu, ən əsas humanitar mövzulardan biridir". Bununla yanaşı, o əlavə edib: "Dənizçilər üçün bu, həm də beynəlxalq siyasət və beynəlxalq hüquq məsələsidir, çünki Rusiya dənizçilərinin buraxılmasını tələb edən beynəlxalq tribunalın qərarı da var. Onlar bunu çoxdan tələb edirlər. Bu, az qala tarixdə tribunalın qərarının yerinə yetirilmədiyi ilk hadisədir".

“Obozrevatel”in yazdığına görə, iyulun 11-də Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Putinə zəng edib. Prezidentin ofisinin məlumatında deyilir: "Əsir düşən hərbi dənizçilərin azad edilməsi əsas məsələ idi. Həmçinin söhbət Rusiya ərazisində saxlanılan digər Ukrayna vətəndaşlarının qaytarılmasından gedirdi. Bundan başqa, tərəflər danışıqların "Normand formatı"nda davam etdirilməsini də müzakirə ediblər”.

Babək Göyüş

AzNews.az