Marsı unudun, yaşamaq üçün Sibirə gəlin! - ABŞ mediası

2050-ci ildə Rusiyanın əhalisi 143,9 milyondan 132,7 milyona qədər azalacaq

Rusiyanın Sibiri əbədi donma ilə örtülü olur, bölgənin əksər yerində tikinti və kənd təsərrüfatı işləri aparmaq demək olar ki, qeyri-mümkündür. Bu haqda ABŞ-ın “The Huffington Post” nəşri yazır.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, Amerika və Rusiya alimlərinin fikrincə, 2080-ci ilə qədər temperaturun və yağıntıların miqdarının qaçılmaz artımı Rusiyanın Asiya hissəsində şəraiti daha da rahat edəcək. Və oraya iqlim miqrantları axın edəcək.

Torpaq istiləşəndə, hamımız Rusiyaya gedə bilərik

Bilirik ki, Rusiya böyükdür. Bu ölkənin ərazisi Kanadadan təxminən iki dəfə çoxdur və sahəsi Plutonun səthinə təxminən bərabərdir. Rusiyada hər bir vətəndaşın payına Amerikadan fərqli olaraq dörd dəfə çox ərazi düşür.

Böyük Sibir bölgəsi hətta Rusiya standartlarına görə fərqlənir. Sibir Rusiya ərazisinin 77% -ni tutur və ölkə əhalisinin yalnız 27% -i orada yaşayır. Bu isə 39 milyon nəfər təşkil edir. Bunun əsas səbəbi iqlimdir. Sibirin böyük bir hissəsini tikinti və kənd təsərrüfatı üçün demək olar ki, qeyri-mümkün edən əbədi bir donma ilə örtülmüşdür. Yağış çox az yağır, bu da mühacirlərin həyatını asanlaşdırmır.

İqlim dəyişikliyi səbəbindən vəziyyət bir qədər yaxşılaşa bilər. NASA-nın Langley adına Tədqiqat Mərkəzinin və Krasnoyarsk tədqiqat mərkəzinin alimləri hesab edir ki, 2080-ci il üçün temperatur və yağıntının qaçılmaz artması Rusiyanın Asiya hissəsində insan məskənləri üçün şəraiti daha rahat edəcək. Proqnozlara görə, sərt iqlim daha yumşaq və əlverişli olacaq. Bunun sayəsində Sibir, ehtimal ki, insanın həyatı üçün doqquz dəfə daha əlverişli bir yer olacaq və iqlim miqrantları oraya gəlməyə başlayacaq.

Tədqiqat zamanı alimlər iki müxtəlif istiləşmə ssenarilərini nəzərdən keçirmişlər. 2080-ci illərdə az dramatik ssenari ilə Sibirdə orta yanvar temperaturu ya 3.4, ya da 9.1 dərəcə selsi artacaq. İyul temperaturu da isə 5.7 dərəcə qalxacaq. İl ərzində yağıntıların orta miqdarı birinci ssenaridə 60 və ikinci ssenaridə 140 mm artacaq.

Hər halda, 2080 il üçün Sibir iqlimi daha isti və daha yumşaq olacaq. Permafrost zonası əhəmiyyətli dərəcədə şimal-şərqə doğru hərəkət edəcək. Rusiyanın Asiya hissəsində yaşamaq üçün şərait bu günlə müqayisədə üç-doqquz dəfə yaxşılaşacaqdır.

Əbədi donma getdikcə əriyəcək, bunun sayəsində Şimali Sibirin kənd təsərrüfatı potensialı artacaq. Əlbəttə ki, hər şey belə çəhrayı deyil. Münbit torpağın olmaması iqlim istiləşməsindən asılı olmayaraq, regionda kənd təsərrüfatını məhdudlaşdıra bilər. Bundan əlavə, permafrostların əriməsi prosesində əhəmiyyətli infrastrukturun və evlərin məhv edilməsi kimi problemlər yarana bilər. Rusiya Arktikasında infrastruktur artıq permafrostun deqradasiyası səbəbindən əziyyət çəkir.

Digər bir iqlim dəyişikliyinə görə, Rusiyada leysan yağışlarının tezliyi və intensivliyi on il ərzində 1-2% artır. Qərbi Sibirdə qış daha soyuq olur, çünki antisiklonlar bölgənin cənub sərhədlərindən isti nəmli hava axınlarını bloklaşdırır. Sibir faunası iqlim dəyişikliyinin sərt nəticələrini artıq öz üzərində hiss etmişdir.

Baş verən iqlim dəyişiklikləri ilə əlaqədar miqrasiyanın artması yəqin ki, doğum sayının azalması ilə kompensasiya olunacaq. BMT-nin məlumatına görə, 2050-ci ildə Rusiyanın əhalisi 143,9 milyondan 132,7 milyona qədər azalacaq. İqlim miqrasiyası Rusiya üçün bu itkiləri aradan qaldırmaq üçün yeganə vasitə ola bilər.

Babək Göyüş

AzNews.az