"Poroşenko yalnız seçkidən sonra sorğuda iştirak edə bilər" "Poroşenko yalnız seçkidən sonra sorğuda iştirak edə bilər"

Poroşenko sorğuya getməkdən imtina etdi

"Poroşenko yalnız seçkidən sonra sorğuda iştirak edə bilər"

Ukraynanın sabiq Prezidenti Petro Poroşenko Dövlət İstintaq Bürosu tərəfindən bu gün çağırıldığı sorğuya getməyəcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, Poroşenko yalnız 21 iyulda keçiriləcək erkən parlament seçkilərindən sonra sorğuda iştirak edə bilər.

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.(qafqazinfo.az)

AzNews.az