- Dünyanın halı
- 19 İyul 2019 09:45
- 1 922
Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu
Müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.
Müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.
Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, B.İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.(report.az)
AzNews.az