Milyonlarla türkmən xaricə qaçıb - Səbəbini Britaniya mediası araşdırıb

Qara bazarda bir dollar üçün 18 manat verilir, halbuki rəsmi məzənnə 3,5 manatdır

Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov əla stomatoloqdur (rəhmətlik Türkmənbaşını yerindən məhz bu müalicə üsulu ilə "tərpədib"). Televiziyaya inansaq, o, həm də idmançı və gitaraçıdır. Amma bəla burasındadır ki, ölkədə iqtisadi vəziyyət pisləşir.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Times” nəşrinin əməkdaşı Tom Parfittin yazdığına görə, milyonlarla türkmən artıq xaricə gedib. Və bu barədə nə soruşduqda "milli at yetişdirən" cavab vermir.

Prezident Berdiməhəmmədov dünya səhnəsində az qala komik fiqurdur, lakin ölkə daxilində onun rejimi iqtisadi böhran qarşısında getdikcə daha da repressiyaya çevrilir.

Hər axşam Türkmənistan televiziyası bu ölkənin vətəndaşlarını bir çox istedadlara malik olan prezidentin gördüyü işlər haqqında sonsuz hekayələrə səsləyir.

Bu həftə xəbərlərində 62 yaşlı prezident Qurbanqulu Berdiməhəmmədovun dərman bitkiləri ilə dolu olan stolun arxasında kağızların vərəqlədiyini, sonra isə gitarada dınqıldatdığı videoklipə baxdığını, yanında dayanan nəvəsi Kərimqulunun klavitarda çaldığını göstəriblər.

Televiziya aparıcısı Prezidentin bitkilər haqqında on birinci kitabını bitirdiyini izah edir. Sonra Berdiməhəmmədovun nəvələri və pişikləri ilə necə oynadığına dair üç dəqiqəlik reportaj verilir.

Axşam xəbərlərinə əsasən Berdiməhəmmədov əla yürüş avtomobili sürür, qolf oynayır, avtomobil mexaniki, velosipedçi, dəqiq atıcı, jokey və itlərin vurğunudur. Onun el arasında ləqəbi “milli at yetişdirən”dir.

Zavod fəhlələri və əsgərlər bir sıraya düzülərək onun şücaətlərini alqışlayırlar. Zaman-zaman insanlar kütlənin içərisindən çıxaraq ona eyni çiçəklərdən olan buket təqdim etmək üçün qaçırlar. Hər bir tərəfdarı onun qarşısında səcdə qılır.

Belə ekstravaqant xəbərlərdən solyanka alınaraq dünya mətbuatına zəngin qida verir. Amma beynəlxalq aləmdə Berdiməhəmmədovun fiquru ümumi şənliyə səbəb olsa da, onun şəxsiyyəti daha çox narahatçılıq doğurur.

Rəsmi olaraq Türkmənistan zəngin məhsuldarlığın, mərmər memarlığının və xeyirxah hakimiyyətin çiçəklənən torpağıdır. Əslində isə o, iqtisadi böhranın dəmir gicgahlarına düşən "bir liderdir".

Ötən həftə Londonun Xarici Siyasət Mərkəzi (Foreign Policy Centre) Mərkəzi Asiya dövlətini pisləyib. Və onu Şimali Koreyadan sonra qapalı və avtokratik rejim adlandırıb. Analitik mərkəz bildirib ki, bu səhra ölkəsinin 5,7 milyonluq əhalisi "fəlakət astanasındadır".

Xarici Siyasət Mərkəzi əlavə edib: "Bu ölkə çox ağır bir vəziyyətdədir, çünki uzunmüddətli iqtisadi qarışıqlıq öz sərt, lakin çox kövrək siyasi quruluşunda görünməmiş bir gərginlik yaradır. Aclıq və hiperinflyasiya getdikcə genişlənən insan hüquqlarının pozulmasına gətirib çıxarır və bütün bunlar insanların şəxsi həyatına zərbə ilə müşayiət olunur".

Qərb nümayəndələri razılaşırlar ki, Türkmənistanın iqtisadi artıma dair rəsmi statistikası həqiqətə uyğun deyil və əsl mənzərəyə ziddir.

Xarici Siyasət Mərkəzi öz məruzəsində əsas ərzaq məhsullarının, bankomatlarda nağd pulun çatışmazlığını və artan işsizliyi qeyd edir. Qara bazarda bir dollar üçün 18 manat verilir, halbuki rəsmi məzənnə 3,5 manatdır.

Xarici reportyorlar nadir hallarda bu ölkəyə giriş vizaları alırlar, Türkmənistan KİV-i isə əsasən dövlətə məxsusdur. Amma vətəndaşlar xaricə mühacirət nəşrlərinə bəzi məlumatlar verirlər, yaxud da ki, anonim işləyən azsaylı müstəqil müxbirlər onu özləri üçün çox böyük risklərlə toplayırlar.

"İnsanlar dövlət mağazasına növbəni tutmaq üçün çox erkən qalxırlar, çünki orada un və şəkər kimi məhsullar bazarda olduğundan bir qədər ucuzdur",-deyə 33 yaşlı müxbir Ruslan Myatiyev 2008-ci ildə Türkmənistandan getmiş və Niderlandda Turkmen.news vebsaytını yaratmışdır.

"Makaron və çörəklə yaşayan bəzi ailələri tanıyıram. Onlar hətta yayda bol və ucuz olan meyvəni belə ala bilmirlər. Və həmin dövrdə dövlət avtobanın tikintisinə 2,3 milyard dollar xərcləyib. Bu da çox riskli layihə hesab edilir. Yolu tikən şirkətin sahibi isə prezidentin kürəkənidir".

Türkmənistanda iqtisadi tənəzzül 2016-cı ildə Rusiyanın enerji nəhəngi olan "Qazprom"un bu keçmiş sovet Respublikasından təbii qazı almağı dayandırdıqdan sonra başlayıb.

Çin artıq Rusiyanı Türkmənistan qazının əsas alıcısı kimi dəyişib. Çünki dövlətin üstünlük təşkil etdiyi iqtisadiyyat şaxələnə bilmədi, gəlirin böyük hissəsi isə infrastrukturun inkişafına ayrılmış 10 milyard dollar məbləğində Çin kreditlərinin ödənilməsinə sərf olundu.

Dövlət sektorunda fəhlələrin böyük bir hissəsi işindən məhrum olmuşdur. Bir qiymətləndirməyə görə, son 10 ildə Türkmənistanı həddindən artıq çox əhali — 1,9 milyon nəfər tərk edib. Onlar əsasən Türkiyə, Rusiya və Qazaxıstana gediblər.

Belə hesab edilir ki, keçən il pambıq istehsalı rəsmi göstəricinin yalnız üçdə bir hissəsini, yəni bir milyon ton təşkil etmişdir. "Transperensi İnternəşnl" Təşkilatı Türkmənistana korrupsiyanın qavrama indeksində 161 ölkə arasında 180-ci yeri ayırır.

Müxalifəti amansızcasına yatırırlar və heç kəs Berdiməhəmmədova ("Arxadağ") qarşı çıxa bilməz.

2002-ci ildə 70 yaşlı xarici işlər naziri Boris Şixmuradov həbsxanaya atıldı, onu Berdiməhəmmədovun ekssentrik sələfi Saparmurad Niyazova qarşı dövlət çevrilişi cəhdində ittiham etdilər. İndiki prezident bir zamanlar özünü bütün türkmənlərin atası adlandıran despot Niyazovun stomatoloqu olub. Niyazov balet, saqqalı və qızıl dişləri qadağan etdi, həmçinin təqvim ayının adlarını dəyişdirdi və onlardan birini öz adı ilə adlandırdı. 2006-cı ildə o, qəflətən ürək tutmasından dünyasını dəyişib.

O vaxtdan bəri Şixmuradov haqqında heç bir şey eşidilmir və ailəsi hətta sağ olub-olmadığını bilmir. “They Are Alive” Hüquq Müdafiə Təşkilatının məlumatına görə, Türkmənistanda 121 nəfər itkin düşüb. Hesab edilir ki, onların bir çoxu Aşqabadın yaxınlığındakı Ovadan Depe həbsxanasında saxlanılır, burada məhbuslar dırnaqların altına uzun iynə vururlar və onları hündürlüyü yarım metr olan "donqar kameralar"a salırlar.

Bu həbsxanada yatan fəallardan birinin adı Omriuzak Omarkuliyevdir. Bu adam Türkiyədə türkmən tələbələrinin cəmiyyətini qurdu. Keçən il onu aldadaraq Aşqabada apardılar və həbs etdilər.

2015-ci ildə türkmən reportyoruna qarşı saxta ittihamlar irəli sürərək həbsə atıblar. Digərini isə 2016-cı ildə fırıldaqçılıq ittihamı ilə islah-əmək düşərgəsinə göndəriblər. Daha bir sui-istifadə isə ondan ibarətdir ki, dövlət sektorunun on minlərlə işçisi, o cümlədən müəllim və həkimlər hər il məhsul yığımı dövründə pambıq sahələrində çalışmağa məcburdurlar.

"Türkmən rejiminin absurdluğu onun qəddarlığını gizlətməməlidir", - deyə Xarici Siyasət Mərkəzinin direktoru Adam Haq (Adam Hug) müsahibəsində bildirib.

O, iqtisadi tənəzzüldə Türkmənistana təzyiqləri gücləndirmək üçün yaxşı imkanların olduğunu deyir və istəyir ki, Qərb ölkələri və beynəlxalq kreditorlar sərmayə və kreditlər müqabilində insan hüquqlarına riayət olunmasını tələb etsinlər.

Britaniyanın Türkmənistandakı ticarət nümayəndəsi baronessa Nikolson Vinterbornskaya aprel ayında Aşqabadda "Arxadağ"ın portreti altında nitq söyləyib. Onun nümayəndə heyətinə "Şell", "Bi-Pi", "Cey-Si-Bi" və "Petrofak" daxil olmaqla, neft yataqlarında xidmət göstərən 25 Britaniya şirkətinin nümayəndələri daxil olub. Nümayəndə heyəti xalça fabrikində səfərdə olub, orada ixrac məsələsini müzakirə edib, çünki Britaniya səfirliyinin dediyi kimi, “Birləşmiş Krallıq xalçaları çox sevir".

Ölkədə dəyişikliklər üçün real imkanlar hələ də çox azdır.

Türkmənistandan kənarda yaşayan müxalifətçilər, məsələn, Vyanada məskunlaşan Nurmuhammed Xamanov tədricən qocalır və təsirini itirir.

"Hazırkı Prezident yanında Türkmənistan Hökumətini dəyişikliklərə getməyə və ya islahatlar həyata keçirməyə məcbur etmək üçün heç bir imkan yoxdur", — deyə Myatiyev bildirir. Onun valideynləri bir vaxtlar Türkmənistanda dövlət KİV-lərində reportyor işləmiş, lakin işlərindən məhrum olduqdan sonra Niderlanda köçmüşlər. İndi onlar xarici nəşrlərə tarixi ölkələrindəki real vəziyyət barədə həqiqəti danışırlar. "Mən inanmıram ki, rejimə qarşı hansısa ictimai gərginlik və ya etirazlar olsun. Türkmənistanda fərqli fikir həyat üçün təhlükəlidir".

Myatiyevin fikrincə, Berdiməhəmmədova yeganə təhlükə məyus məmurların ifasında "saray çevrilişi" ola bilər. "İndi elə məmurlar var ki, çox narazıdırlar, amma hələlik onların arasında çevrilişə rəhbərlik etmək istəyən və nəticədə uğur qazana biləcək birisi yoxdur".

Türkmənistanın qaz ixracı

2018-ci ildə Türkmənistan Çinə 33 milyard kubmetrdən çox qaz ixrac edib. Bu, həmin ölkə tərəfindən satılan ümumi həcmin 94,6 faizidir.

Babək Göyüş

AzNews.az