“Heç bir situasiyada Rusiya ilə münasibətlərimizi pozmaram” “Heç bir situasiyada Rusiya ilə münasibətlərimizi pozmaram”

“Moskva ilə münasibətləri pula görə pozmaram” - Lukaşenko

“Heç bir situasiyada Rusiya ilə münasibətlərimizi pozmaram”

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Latviya Xarici İşlər naziri Edqar Rinkeviçlə görüşündə bildirib.

“Biz Avropa İttifaqı və ABŞ-ın hansı mahiyyəti daşıdığını bildiyimizdən Qərbi Avropa, Aİ, Amerika ilə yaxşı münasibətlərimizin olmağını istəyirik. Lakin qardaş Rusiya ilə münasibətlərimizi heç bir pula görə, heç zaman qoparmayacağıq. Ən azından mən Prezident olduğum müddətdə bu, baş verməyəcək. Rusiya bizim xalq deməkdir, orada bizə hörmət edirlər və Belarus Prezidentinin çoxmillətli Rusiyada reytinqi 60 faizdir.

Nə üçün çətin anlarda bizə həmişə əlini uzadan bu ölkəyə çəpəki baxmalıyıq?! Amma bu, Qərbə, Şərqə, Çinə münasibətdə əsas maraqlarımızı güzəştə gedə biləcəyimizi ifadə etmir”, - deyə Lukaşenko qeyd edib.(qafqazinfo.az)

AzNews.az